MAQATE İsrailin nüvə arsenalına göz yummaqdadır

MAQATE İsrailin nüvə arsenalına göz yummaqdadır

İranın Vyanadakı beynəlxalq təşkilatlardakı səfiri Kazım Qəribabadi

 Rasthaber Azərbaycan xəbər verir ki, İranın Vyanadakı beynəlxalq təşkilatlardakı səfiri Kazım Qəribabadi İsrailin nüvə arsenalı ilə bağlı göstərdiyi sükuta görə MAQATE-ni (Atom Enerjisi üzrə Beynəlxalq Agentlik) tənqid edib.

“Beynəlxalq ictimaiyyət və MAQATE sionist rejimin artıq yarıməsrdən çox olan fəaliyyətinə göz yumaraq onlara nəzarət etməyib”, – deyə o bildirib.

Qəriabadi bu bəyanatla İsrail təmsilçisinin MAQATE-nin 7 ay ərzində İranın nüvə fəaliyyətlərinə göz yumması ilə bağlı iddialarından sonra çıxış edib.

“Hər hansı bir yayılmama və silahsızlaşdırma paktına üzv olmayan rejim təmsilçisinin fikirləri olduqca cəfəngdir”, – deyə iranlı rəsmi əlavə edib.

“Əgər o, İranda MAQATE inspeksiyalarının olmamasından danışırsa, bu, öz-özlüyündə böyük yalandır, çünki İran bütün protokollara əməl edir. Nəzərə almaq lazımdır ki, beynəlxalq ictimaiyyət və MAQATE sionist rejimin nüvə arsenalı, döyüş başlıqları və fəaliyyətinə göz yumub”, – deyə Qəribadabi sonda qeyd edib.

Xəbəri paylaş

VİDEOLAR