Silahlı şəxslərin Malinin mərkəzində bir kəndə hücumu nəticəsində çoxlu insan həlak olub.
Az.rasthaber.com xəbər verir ki, silahlı şəxslərin Malinin mərkəzində kəndə hücumu nəticəsində ən azı 13 mülki şəxs ölüb, 3-ü yaralanıb.
Hadisə Malinin mərkəzindəki Kani-Bonzon kəndində baş verib.
Ölkə mətbuatının məlumatına görə, bir qrup silahlı hücumçu naməlum səbəbdən kəndə basqın edərək hər yeri yandırıb.
İlkin məlumata görə, hücumda 13 nəfər həyatını itirib, 3 nəfər yaralanıb, çoxlu sayda ev yanaraq yararsız hala düşüb.
Hücum edənlərin tutulması üçün işlərə başlanılıb.