Malayziyanın cənubunda gəminn qəzaya uğraması nəticəsində azı 10 nəfər ölüb.
Az.rasthaber.com "Report"-a istinadən xəbər verir ki, bunu ölkənin Cohor əyalətinin Yanğınsöndürmə və xilasetmə xidməti idarəsinin sözçüsü bildirib.
Onun sözlərinə görə, 4 qadın və 6 kişinin meyiti sudan çıxarılıb, 19 nəfər isə xilas edilib. Sözçü 29 nəfərin isə itkin düşdüyünü bildirib.
Gəminin göyərtəsində qanunsuz miqrantların olduğu güman edilir.