Malayziyada cinayətkar sionistə 7 il həbs cəzası verilib

Malayziyada cinayətkar sionistə 7 il həbs cəzası verilib

Malayziyada həbs edilmiş sionist Şalom Avitanın vəkili elan edib ki, bu ölkənin məhkəməsi 6 odlu silah və onlarla güllə saxladığını etiraf edən Şalomu 7 il həbsə məhkum edib.


Qeyd edək ki, Malayziyanın terrorist İsrail rejimi ilə diplomatik əlaqələri yoxdur, bu səbəbdən də bu ölkədə polis Avitanın motivlərini və onun İsrail cinayətkar rejiminə casusluq etməsinin mümkünlüyünü öyrənmək üçün xeyli araşdırma aparıb.

Səlahiyyətlilərə görə, Avitan keçən il martın 12-də BƏƏ-dən Malayziyaya Fransa pasportundan istifadə edərək daxil olub. Polis onu Kuala Lumpurda bir oteldə həbs edib və orada silah olan çanta aşkarlayıb. Dindirilmə zamanı o, İsrail pasportunu təqdim edib.

Xəbəri paylaş

VİDEOLAR