Malayziya Hindistanla bütün hava əlaqələrini dayandırdı

Malayziya Hindistanla bütün hava əlaqələrini dayandırdı

Malayziya, Hindistanda mutasiyaya uğramış ştammının ölkəyə daxil olmasının qarşısını almaq üçün qarşılıqlı hava səyahətini dayandırmaq qərarına gəlib.

Rasthaber Azərbaycan xəbər verir ki, Malayziyanın Müdafiə naziri İsmail Səbri Yakub Hindistanda aşkarlanan və “Çüt mutant” variantı olaraq bilinən “B.1.617”-ə qarşı mübarizə çərçivəsində həyata keçirilən tədbirlər haqqında məlumat verib.

O bildirib ki, Hindistan və Malayziya arasında birbaşa və ya dolayı reyslər sabahdan etibarən dayandırılacaq.

"Malayziyada iş və yaşayış icazəsi olan Hindistan vətəndaşları da ölkəyə daxil ola bilməyəcəklər. İki ölkə arasında qarşılıqlı məhsul ixracı və idxalı da bir müddət təxirə salınacaq.", -deyə nazir əlavə edib.

 

Xəbəri paylaş

VİDEOLAR