Pekres Fransa DİN başçısı Jerar Darmanenə müvafiq sorğunu göndərib.
Rasthaber AA-ya istinadən xəbər verir ki, Fransa prezidenti Emmanuel Makronun “İslam separatçılığına” dair fikirləri bu ölkədəki radikal siyasətçilərin aktivləşməsinə səbəb olub.
Parisin İl-de-Fransa regionunun Şura başçısı Valeri Pekres ölkə rəhbərliyindən sərnişinlər üçün abunə kartlarında hicablı şəkillərin istifadəsinin qadağasını tələb edib.
Pekres Fransa DİN başçısı Jerar Darmanenə müvafiq sorğunu göndərib.
Onun fikrincə, pasport və sosial kartlarda örtülü olmayan başla şəkillərin çəkilməsini tələb edən qanun bütün ölkə boyu sərnişinlərə də şamil edilməlidir.
Pekres qeyd edib ki, bu cür qadağa artıq paytaxt regionunda qüvvədədir.
Xatırladaq ki, Makron 2 oktyabrda “İslam separatçılığı” ilə mübarizəyə dair qanun layihəsinin hazırlandığını elan edib.
Fransa prezidenti deyib ki, məlum sənəd 9 dekabrda hökumətə təqdim ediləcək və o, “İslamı nizama salacağına” dair vəd verib. Bu, bütün dünyada, məxsusən də müsəlmanlar arasında sərt tənqidə səbəb olub.