Makrondan növbəti qalmaqal yaradacaq Türkiyə və Rusiya açıqlaması

Makrondan növbəti qalmaqal yaradacaq Türkiyə və Rusiya açıqlaması

Makron bununla bağlı Türkiyə və Rusiyanın sözügedən regiondakı rolunun narahatlığa səbəb olduğunu deyib.

Rasthaber Azərbaycan Habertürk-ə  istinadən xəbər verir ki, Fransa prezidenti Emmanuel Makron Cənubi Avropa ölkələrinin sammitinin yekununa dair mətbuat konfransında bildirib ki, Aralıq dənizi regionu münaqişələr səhnəsinə çevrilib.

“Bizim Aralıq dənizimiz bu gün münaqişələr teatrına çevrilib. (Həmin münaqişələ) Suriya və Liviyada davam etməkdədir… Hegemon motivləri rəhbər tutan tarixi dövlətlər regionun sabitliyini pozmağa çalışır”, – deyə o qeyd edib.

Makron bununla bağlı Türkiyə və Rusiyanın sözügedən regiondakı rolunun narahatlığa səbəb olduğunu deyib.

“Bu kontekstdə bizim məsuliyyət öhdəmizə, region ölkələri olaraq, Aralıq dənizində konstruktiv siyasətin keçirilməsi üçün yollar və vasitələrin axtarışı və regionda sabitliyin bərqərar edilməsi düşür”, – deyə o qeyd edib.

Xəbəri paylaş

VİDEOLAR