Danışıq Fransa tərəfinin təşəbbüsü ilə baş tutub.
Rasthaber Azərbaycan RİA-ya istinadən xəbər verir ki, Rusiya və Fransa prezidentləri telefon danışığı keçirərək Qarabağdakı vəziyyəti müzakirə ediblər.
Kremlin məlumatına görə, danışıq Fransa tərəfinin təşəbbüsü ilə baş tutub.
“Dağlıq Qarabağ münaqişəsi zonasındakı vəziyyətin kəskin gərginləşməsi ətraflı müzakirə edilib”, – deyə bildirilib.
Vladimir Putin və Emmanuel Makron münaqişənin diplomatik həllinin alternativsizliyini qeyd ediblər və genişmiqyaslı hərbi əməliyyatların davam etməsi ilə bağlı ciddi əndişələrini ifadə ediblər.
Onlar Yerevan və Bakını dərhal atəşi dayandırmağa və danışıqlara geri dönməyə səsləyiblər.
Bundan başqa, Rusiya və Fransa prezidentləri regionda vəziyyətin sabitləşdirilməsi üçün, ilk növbədə də ATƏT-in Minsk qrupu çərçivəsində, qarşılıqlı əlaqənin konkret parametlərinin hazırlanması ilə bağlı razılığa gəliblər.