Mahmud Abbas sionist rejim heyətilə görüşüb

Mahmud Abbas sionist rejim heyətilə görüşüb

Mahmud Abbas İsrailin səhiyyə naziri Nitzan Horovitz və regional əməkdaşlıq naziri İssavi Frejin də daxil olduğu İsrail heyəti ilə görüş keçirib.

Rasthaber Azərbaycan trthaber-ə istinadən xəbər verir ki, Fələstin dövlət başçısı Mahmud Abbas İsrailin səhiyyə naziri Nitzan Horovitz və regional əməkdaşlıq naziri İssavi Frejin də daxil olduğu İsrail heyəti ilə görüş keçirib.

Fələstinin rəsmi agentliyi "WAFA"-nın xəbərinə görə, Abbas işğal altındakı İordan çayının qərb sahilinə gedən İsrail heyətini Ramallahdakı prezident iqamətgahında qəbul edib.

Abbas görüşdə İsrailin işğala və yəhudi yaşayış məskənləri qurma fəaliyyətinə son qoyması, beynəlxalq qanuniləşdirmə qərarlarına uyğun olaraq ədalətli və əhatəli bir sülhün təmin edilməsinin vacib olduğunu vurğulayıb. 

İsrailin fələstinlilərin evlərini dağıtması və Qüdsdən deportasiyasını dayandırmasının lazım olduğunu qeyd edən İsrail həbsxanalarında fələstinli məhbuslara qarşı gərginliyin artırılması və həyata keçirilən siyasət barədə xəbərdarlıq edib.

İsrailin Baş naziri Naftali Bennettin rəhbərlik etdiyi koalisiya hökumətində Meretz Partiyası üzvlərindən ibarət olan İsrail heyəti də işğalın sona çatmasını və iki dövlətin həllini dəstəkləyən mövqelərini təsdiqləyərək etimad körpüləri qurmaq üçün birgə əməkdaşlığa ehtiyac olduğunu bildirib.

Qeyd edək ki, sol meyilli Meretz Partiyası paytaxtı Şərqi Qüds olan bir Fələstin dövlətinin qurulmasını dəstəkləyən və yəhudi qəsəbələrinin inşasına qarşı çıxan bir neçə İsrail partiyasından biridir.

Abbas 29 avqustda Ramallahda İsrail müdafiə naziri Benny Gantz ilə görüşüb və görüşdə Fələstin-İsrail əlaqələrinin müzakirə edildiyi və əlaqələrin "bütün cəhətlərilə" müzakirə edildiyi açıqlanıb.

İsrail Prezidenti İshaq Herzoq da 12 iyul tarixində Fələstin dövlət başçısı Abbasa iki tərəf arasında dialoqu yenidən başlatmaq niyyətində olduğunu bildirmişdi.

Xəbəri paylaş

VİDEOLAR