Fələstin Muxtariyyəti və Fələstin Azadlıq Təşkilatı ayrı-ayrı açıqlamalarında müqaviləni Qüds və Fələstinə xəyanət adlandırıb
Rasthaber Azərbaycan eastnews-a istinadən verdiyi xəbərə görə, Fələstin Muxtariyyətinin rəhbəri Mahmud Abbas Fələstinin Manamadakı səfirini Bəhreyn ilə İsrail rejimi arasında ikitərəfli münasibətlərin normallaşdırılması ilə bağlı əldə olunmuş razılığa etiraz olaraq geri çağırıb.
Fələstin Muxtariyyəti və Fələstin Azadlıq Təşkilatı ayrı-ayrı açıqlamalarında müqaviləni Qüds və Fələstinə xəyanət adlandıraraq, qəti şəkildə qınayıblar.
Fələstin rəhbərliyi Bəhreyn rejimini ərəb sülh təşəbbüsünün planını pozduğu üçün müqavilədən ən qısa müddətdə çəkilməyə çağırıb.
Qeyd edək ki, dünən gecə ABŞ Prezidenti Donald Tramp Bəhreynin BƏƏ-dən sonra İsrail rejimi ilə diplomatik əlaqələr quran ikinci ölkə olduğunu bildirib.