Venesuela prezidenti Nikolas Maduro Livanın “Əl-Məyadin” telekanalına müsahibə verib.
Az.rasthaber.com xəbər verir ki, o, Venesuela xalqının ABŞ imperializminə qarşı mübarizəsi barədə danışarkən deyib ki, başçılıq etdiyi hökumətin İranla yaxşı münasibətləri var və o, tezliklə Tehrana səfər edəcək.
Maduro bir çox məsələlərə, o cümlədən də ABŞ-ın Venesuelaya qarşı sanksiyaları, Venesuelanın İranla əlaqələri, Venesuelanın Fələstin, Suriya və digər ərəb ölkələrinə olan münasibətlərinə toxunub.
O bildirib ki, İranın Ali lideri Ayətullah Xameneiyə heyrandır.
“Hər dəfə İrana gələndə mənim İnqilabın Ali lideri ilə danışmaqdan xoşum gəlir. O, olqudca zəkalı və ədəbli bir insandır”, - deyə Maduro qeyd edib.
Şəhid general Qasim Süleymaninin ali xarakterini xatırladan Venesuela prezidenti bəyan edib ki, “bəşəriyyət Süleymaniyə qarşı törədilmiş dəhşətli cinayətdən - məzlumcasına qətlə yetirilməsindən ibrətamiz dərs çıxarmalıdır”.
“Venesuela xalqı ABŞ imperializmi və onun müttəfiqlərinin sərt hücumlarına müqavimət göstərib. Venesuela addım-addım iqtisadiyyatda real tərəqqiyə nail olur”, - deyə o əlavə edib.
“Məndən Venesuela xalqını, Simon Bolivarın ideallarını və Huqo Çavesin irsinə xəyanət etməyimi, həmçinin satqın olub Venesuelanı ABŞ imperializminə satmağımı istəyirdilər”, - deyə Maduro ABŞ-ın ona və həyat yoldaşına Venesueladan qaçmaq təklifini nəzərdə tutaraq vurğulayıb.
Maduro Fələstin məsələsinə də toxunaraq deyib ki, ölkəsi Fələstini hətərəfli şəkildə dəstəkləyir və bu, həmişə belə olacaq.
Suriyadakı məsələlər barədə də danışan Venesuela prezidenti əlavə edib ki, “Suriya ordusu və xalqı tezliklə ölkədəki keçmiş sabitlik və sakitliyi bərpa edəcəklər”.