Venesuela prezidenti Nikolas Maduro Birləşmiş Millətlər Təşkilatına (BMT) müraciət edərək, İsrailin Qəzzanı bombardmanının dayandırılmasını istəyib.
Az.rasthaber.com xəbər verir ki, dövlət televiziyasına açıqlama verən Maduro deyib:
"Venesuela olaraq biz Fələstin xalqı ilə həmrəylik çağırışımızı təkrarlayırıq və Fələstin reallığını xatırladırıq. Biz tezliklə atəşkəsin yaradılmasını, Qəzzada bombardmanların dayandırılmasını və BMT razılaşmaları əsasında danışıqların aparılmasını tələb edirik.”.
Venesuelanın əvvəldən Fələstin davasına dəstək verdiyini xatırladan Maduro deyib:
"Fələstin xalqına qarşı davam edən qırğınların dayandırılmasını istəyirik. Biz sülh istəyirik, bərabərlik istəyirik və iki dövlətli həll istəyirik".
Bundan əvvəl Nikolas Maduro İsrailin Fələstin xalqına qarşı “soyqırım” törətdiyini qeyd edərək, Qəzzada mülki əhalinin yaşadığı binaların fərq qoymadan bombalandığını bildirmişdi.