Maduro İranın yeni prezidentilə telefonla danışıb

Maduro İranın yeni prezidentilə telefonla danışıb

O Rəisini şəxsi "Tvitter" hesabındakı paylaşımında təbrik də etmişdi.

Rasthaber Azərbaycan eastnews.org-a istinadən verdiyi xəbərə görə, Venesuela Prezidenti Nikolas Maduro şəxsi "Tvitter" hesabındakı paylaşımında İrandakı prezident seçkilərində qalib gələn Ayətullah Seyid İbrahim Rəisi ilə bir telefon danışığı apardığını bildirib.   Maduronun paylaşımında aşağıdakı ifadələr yer alıb:  

"Telefon əlaqəsində millətlərimizə qarşı olan imperialist aqressiyası əleyhinə ümumi mübarizəni inkişaf etdirmək üçün qardaşlıq və əməkdaşlıq əlaqələrini gücləndirməyə qərar verdik".  

Maduro bundan əvvəl İrandakı prezident seçkilərində qalib gələn Seyid İbrahim Rəisini şəxsi "Tvitter" hesabındakı paylaşımında təbrik də etmişdi. 

Xəbəri paylaş

VİDEOLAR