İsrail rejimi tərəfindən birtərəfli hərəkətlərin dayandırılması - Fələstinlə olan münaqişəni yoluna qoymağın vacib şərtidir.
Az.rasthaber.com “Wafa”-ya istinadən xəbər verir ki, bunu Fələstin prezidenti Mahmud Abbas ABŞ dövlət katibinin Yaxın Şərq işləri üzrə müavini Yayel Lambertlə görüşdə bildirib.
Abbas Lamberti Fələstindəki vəziyyət və işğalçı rejimin “2 xalq üçün 2 dövlət” prinsipi əsasındakı həlli sarsıdan birtərəfli hərəkətləri barədə məlumatlandırıb.
O deyib ki, beynəlxalq həllərə müvafiq real siyasi prosesin başlaması üçün tərəflər arasında imzalanmış sazişləri həyata keçirmək lazımdır.
Qeyd edək ki, Mahmud Abbasın 22 dekabrda ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivanla görüşəcəyi də gözlənilir.