Lukaşenkonun Putindən istəyi məlum oldu

Lukaşenkonun Putindən istəyi məlum oldu

Bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko Rusiya müdafiə naziri Sergey Şoyqu ilə görüşdə deyib.

Rasthaber Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, Müttəfiq dövlətin təhlükəsizliyinin gücləndirilməsi üçün Belarus yeni növ silahlarla bağlı Rusiyaya müraciət edib.

Bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko Rusiya müdafiə naziri Sergey Şoyqu ilə görüşdə deyib.

“Mən həmçinin Rusiya prezidentindən bəzi silah növlərini də istədim. Ona dedim ki, siz gələn zaman Müttəfiq dövlət baxımından biz haranı həqiqətən möhkəmlətməli olduğumuza baxacağıq”, – deyə Lukaşenko qeyd edib.

“Qorxulası bir şey yoxdur, biz buna getməyə hazırıq. Son hadisələr göstərir ki, belarusların da, rusların da maraqlarını daha da cəsarətlə qorumaq lazımdır”, – deyə Lukaşenko bildirib.

O əlavə edib ki, əgər kimsə “Belarusun zəiflədiyini, ayaqda qala bilməyəcəyini, Rusiyanın kənara çəkiləcəyini düşünürsə, bu, axmaqlara xas mühakimədir”.

Lukaşenko deyib ki, ümumi Vətəni Brestdən Vladivostokadək qorumaq baxımından Belarusun sadiqliyinə şübhə ola bilməz.

Xəbəri paylaş

VİDEOLAR