Lukaşenko həmçinin Belarusda vaksinasiya ilə bağlı vəziyyəti də şərh edib.
Rasthaber Azərbaycan STV-a istinadən xəbər verir ki, Belarus prezidenti Aleksandr Lukaşenko COVID-19 əleyhinə peyvənd vurdurmağa hazırlaşmadığını deyib.
“Mən vaksinasiya, peyvənd etdirməyəcəyəm. (Bu,) mənim şəxsi istəyimdir. Bir prezident kimi yox, şəxsi. İmmunitetim var, deməli, daha asan olacaq”, – deyə o qeyd edib.
Lukaşenko həmçinin Belarusda vaksinasiya ilə bağlı vəziyyəti də şərh edib.
“Biz 1 milyon 200 min planlaşdırırıq, nə qədər olacağı isə sizdən asılıdır. Bəlkə də, iki milyon. İnsanların buna verəcəyi reaksiyadan asılıdır. Vaksin vurdurmaq istəyirlər – lütfən, biz şərait yaradacağıq. Üstəlik vaksin seçimi ilə planlaşdırırıq”, – deyə o əlavə edib.
Xatırladaq ki, Lukaşenko iyul ayında koronavirusa yoluxduğunu və onu simptomsuz keçirdiyi demişdi.