Lukaşenkodan Putinə: Rusiyanın qalan yeganə müttəfiqi Belarusdur

Lukaşenkodan Putinə: Rusiyanın qalan yeganə müttəfiqi Belarusdur

Belarus prezidenti Aleksandr Lukaşenko bəyan edib ki, Rusiya Belarusu itirmək istəmir

Rasthaber Azərbaycan xəbər verir ki, Belarus prezidenti Aleksandr Lukaşenko bəyan edib ki, Rusiya Belarusu itirmək istəmir, çünki Minsk Moskvanın yeganə müttəfiqidir.

Rusiyanın qalan yeganə müttəfiqi Belarusdur”, – deyə o bildirib.

O qeyd edib ki, bu barədə tez-tez Rusiya prezidenti Vladimir Putinə deyir.

Mən tez-tez Putinə bu haqda deyirəm: mən səni başa düşürəm, sən Belarusu itirə bilməzsən. Başa düşürəm ki, Belarusu saxlamaq üçün sən müharibə edə bilməzsən. Niyə? Çünki Rusiyanın olduqca marjinal bazarlardan sıxışdırılıb çıxarılması prosesi başlayıb: a) Avropa İttifaqının, b) Ukraynanın (bazarlarından)”, – deyə Lukaşenko bildirib.

Onun sözlərinə görə, Almaniyadan sonra Belarus Rusiyada ən çox qaz alan 2-ci ölkədir, həmçinin iri neft idxalçısıdır.

O deyib ki, Belarusu itirmək – “Rusiyanın daxili siyasətinə ən güclü zərbədir”.

Mənbə: shafaqna, belarus 1

Xəbəri paylaş

VİDEOLAR