Lukaşenkodan Putinə maraqlı müraciət: Böyük qardaş...

Lukaşenkodan Putinə maraqlı müraciət: Böyük qardaş...

Rusiya hər zaman Belarusun ən yaxın müttəfiqi olacaq.

Rasthaber Azərbaycan Belta-ya istinadən xəbər verir ki, Belarus prezidenti Aleksandr Lukaşenko bildirib ki, Rusiya prezidenti Vladimir Putini özünün böyük qardaşı hesab edir.

“Mən Vladimir Vladimiroviçi özümün böyük qardaşı hesab edirəm. Səmimi şəkildə böyük qardaşım hesab edirəm, amma o mənada yox ki, sən böyüksən, biz isə dəyərsiz, kiçik. Sən həqiqətən də həm yaşca, həm nüfuzca böyük qardaşsan”, – deyə o qeyd edib.

Lukaşenko əlavə edib ki, “böyük qardaş kiçik qardaşı dəstəkləməlidir”.

Xatırladaq ki, daha öncə Lukaşenko bildirmişdi ki, Rusiya hər zaman Belarusun ən yaxın müttəfiqi olacaq.

Xəbəri paylaş

VİDEOLAR