Lukaşenko: Qərb dünyanı yeni qlobal müharibəyə sövq edir

Lukaşenko: Qərb dünyanı yeni qlobal müharibəyə sövq edir

Qərbin siyasəti dünyanı böyük müharibə uçurumuna sürükləyir.

Az.rasthaber.com TASS-a istinadən xəbər verir ki, bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko bəyan edib.

Təəssüf ki, Qərbin bu cür siyasəti dünyanı böyük müharibə uçurumuna yaxınlaşdırır, siz (özünüz də) anlayırsınız ki, artıq (belə bir) müharibədə qalib olmayacaq“, - deyə o qeyd edib.

Lukaşenko deyib ki, bu gün Belarus və Rusiyanın ətrafında baş verən hadisələr son dərəcə ayıq-sayıqlıq və diqqətlilik tələb edir.

ABŞ-nın açıq-aşkar “dirijorluğu” altında Qərb ölkələri tərəfindən ardıcıl, müntəzəm surətdə və hətta öz milli maraqlarının, xalqlarının istəklərinin ziddinə olaraq qlobal təhlükəsizlik sistemi dağıdılır“, - deyə o bildirib.

Belarus prezidentinin sözlərinə görə, “belə görünür ki, NATO-dan yeni peyda olmuş “xaçlılar” birdən-birə qərara gəldilər ki, “şərqə növbəti sıçrayış” üçün uyğun məqam yetişir, onlar öz tarixi sələfləri üçün analoji yürüşlərin nə ilə bitdiyini unudublar“.

Lukaşenko vurğulayıb ki, ABŞ hegemonluğunun maraqları çərçivəsində “(onlar üçün) münasib olmayan ölkələrin ətrafında qoşun qruplaşmaları artırılır, neonasist ideologiyası və faşist rejimlər açıq şəkildə dəstəklənir“.

O əlavə edib ki, Qərb ölkələri quru və havada aktiv şəkildə kəşfiyyat işləri aparır, hərbi logistikanı mənimsəyir, digər regionlardan texnika və ehtiyatlar göndərir, hərbi büdcələri artırır, parallel olaraq da Avropanın müdafiəsinin və müxtəlif növ “müdafiə” təlimlərinin gücləndirilməsi bəhanəsi ilə NATO ölkələri tərəfindən “zirehli yumruq formalaşdırılır”.

Bu gün İsveç və Finlandiya kimi neytral ölkələr birdən-birə təcili şəkildə NATO-ya qoşulmaq istədiklərini ifadə ediblər və hərbi blokun rəhbərliyi öz qayda-qanunlarının əksinə olaraq sürətləndirilmiş surətdə həmin ölkələri alyansa qəbul etməyə hazırdır. Diqqət verin, hətta bu ölkələrin xalqlarının fikirləri öyrənilmədən belə. Bu yaxınlarda baş tutan NATO sammitində (onlar tərəfindən) Avropada öz mövcudluqlarının və təsirlərinin prinsipial şəkildə artırılması məramları barədə bəyan edilib“, - deyə o bildirib.

Xəbəri paylaş

VİDEOLAR