Lukaşenko: Putinə xəyanət etməmişəm, etmərəm də

Lukaşenko: Putinə xəyanət etməmişəm, etmərəm də

Belarus prezidenti Aleksandr Lukaşenko Belarus-Rusiya münasibətləri haqda danışıb.

Belarus heç zaman Rusiyadan üz çöndərməyib. Lakin kiməsə Rusiyanın belə bir ölkəsinin olması, bu ölkədə bir diktator, avtoritar rəhbərin olması əlverişsiz olub, o, (Rusiyadakı) liberal hissədən kiminsə heç xoşuna gəlmirdi”, - deyə o bildirib.

Az.rasthaber.com RİA-ya istinadən xəbər verir ki, Lukaşenko Avropanın qılığına girməkdə, “iki stulda əyləşməyə” çalışmaqda ittiham edildiyini deyib və “kənd adamı” olduğunu qeyd edərək heç vaxt belə bir şeylər etmədiyini əlavə edib.

Lukaşenko Rusiyaya münasibətdə necə idisə, o cür də qalır. Mən heç vaxt maraqlarımızı satmamışam, Belarus-Rusiya maraqlarını, heç vaxt dürüst və etibarlı siyasətçiyə – Rusiya prezidentinə, nə Yelsin, nə də Putinə xəyanət etməmişəm və heç vaxt da belə bir şey etmərəm”, - deyə o bildirib.

Xəbəri paylaş

VİDEOLAR