Belarus prezidenti Aleksandr Lukaşenko bu yaxınlarda ələ keçirilən terrorçulardan danışıb
Rasthaber Azərbaycan BELTA-ya istinadən xəbər verir ki, Belarus prezidenti Aleksandr Lukaşenko bu yaxınlarda ələ keçirilən terror qruplaşması barədə danışıb.
“Bütün ölkə boyu terror aktları hazırlayırdılar və artıq həyata keçirməyə başlamışdılar” deyən Lukaşenko canilərin uğursuzluğa uğradığını qeyd edib.
O əlavə edib ki, terrorçuların “bütün kanalları ifşa edilib”.
“Onlar Ukraynadan tonlarla silah gətirirdilər”, – deyə Lukaşenko qeyd edib.
Onun sözlərinə görə, əgər terror dəstəsinin fəaliyyəti ifşa edilməsə idi, Yeni ildə dəhşətli hadisələr baş verə bilərdi.
Lukaşenko bu cür qeyri-qanuni fəaliyyətin ən sərt nəzarətdə saxlanıldığını deyib və əlavə edib ki, “hələ daha bir neçə dəstəcik var”.