Lukaşenko ən sərt tədbirləri görməyi tapşırdı

Lukaşenko ən sərt tədbirləri görməyi tapşırdı

Belarusun müdafiə naziri Viktor Xrenin Qrodno taktiki istiqamətindəki kompleks təlimlərin planı barədə prezidentə məruzə edib.

Rasthaber xəbər verir ki, Belarus prezidenti Aleksandr Lukaşenko respublikadakı hazırkı vəziyyət şəraitində ölkənin ərazi bütövlüyünün müdafiəsi üzrə “ən sərt tədbirlərin” görülməsini tapşırıb.

Belarusun müdafiə naziri Viktor Xrenin Qrodno taktiki istiqamətindəki kompleks təlimlərin planı barədə prezidentə məruz edib.

Lukaşenko müdafiə naziri və Qərb Operativ Komandanlığının komandanına “Belarusun Qrodno mərkəzli qərb mirvarisinin” müdafiəsi üçün bütün səyləri göstərməyə dair tapşırıq verib.

Xatırladaq ki, Lukaşenko Qrodnodakı 6-cı ayrı qvardiya mexaniki briqadasının poliqonuna gəlib.

Xəbəri paylaş

VİDEOLAR