Lukaşenko koronavirus üzərində qələbəni elan etdi

Lukaşenko koronavirus üzərində qələbəni elan etdi

Belarus prezidenti Aleksandr Lukaşenko ölkədə koronavirus infeksiyası ilə bağlı yaranmış vəziyyəti şərh edib

Rasthaber Azərbaycan BELTA-ya istinadən xəbər verir ki, Belarus prezidenti Aleksandr Lukaşenko ölkədə koronavirus infeksiyası ilə bağlı yaranmış vəziyyəti şərh edib.

“Bizim səhiyyə sistemimiz tab gətirə bildi”, – deyə o bildirib.

Lukaşenko sonra deyib: “Lakin biz mübarizə dərəcəsini azaltmırıq, baxmayaraq ki, artıq bu gün deyə bilərik ki, biz qalib gəldik.”

O əlavə edib ki, COVID-19 üzərində yekun qələbədən sonra “biz bu gün hələ də postda olan həkimlərimizlə görüşəcəyik”.

Xatırladaq ki, 1 iyula olan vəziyyətə əsasən, Belarusda 62 424 yoluxma qeydə alınıb ki, onların da 47 533 nəfəri sağalıb, 398 nəfər isə dünyasını dəyişib.

Xəbəri paylaş

VİDEOLAR