Belarus prezidenti açıqlamasında bildirib ki, ölkəsinə öz qüvvələrini mümkün raket hücumlarından qorumaq üçün S-400 və S-500 hava hücumundan müdafiə sistemləri lazımdır.
Az.rasthaber.com Eastnews.org-a verdiyi xəbərə görə, Aleksandr Lukaşenko bildirib ki, bu gün biz sərhədlərimizi hava hücumundan müdafiə sistemləri ilə tam qoruyuruq:
"Amma raket zərbələrinə tab gətirə bilmək üçün bizə yalnız S-400 və bəlkə də S-500 (havadan müdafiə sistemləri) lazımdır".
Ölkənin raket sistemlərini nə vaxt ala biləcəyi ilə bağlı suala Belarus prezidenti bildirib ki, bu qərarı Rusiya prezidenti Vladimir Putin verəcək.
Lukaşenko, həmçinin qeyd edib ki, S-400 raket sistemi artıq Minsk Hərbi Təlim Mərkəzində quraşdırılır və Belarus Moskvadan sistemin ölkədə saxlanmasını xahiş etməyi planlaşdırır.