Nəzarəti saxlamağa çalışan ABŞ dünya polisindən dünya terrorçusuna çevrilir.
Az.rasthaber.com xəbər verir ki, bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko deyib.
“Nəzarəti saxlamağa çalışan ABŞ dünya polisindən dünya terrorçusuna çevrilir. Onlar hər şeyi məhv edirlər ki, bu da böhranın və zəifliyin bariz əlamətidir”, - deyə BelTA yazır.
Lukaşenko qeyd edib ki, bunu Amerika tərəfinin Əfqan, Ukrayna və Tayvan “tantrumları”nda müşahidə etmək olar.
"Bu, bütün dünyada talançılıqdır", - Belarus lideri əlavə edib.