“Loqu Quli” ləqəbli Nadir Səlifov Türkiyədə öldürüldü

“Loqu Quli” ləqəbli Nadir Səlifov Türkiyədə öldürüldü

Kriminal aləmdə “Loqu Quli” ləqəbilə tanınan Nadir Səlifov Türkiyədə qətlə yetirilib.

Rasthaber  xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Qeyd olunur ki, Nadir Səlifov Antalyanın Serik rayonunda bir otelin restoranında şam yeyərkən, onunla birlikdə masada oturan şəxs tərəfindən başından vurulub.

4 güllə yarası alan “Loqu Quli” xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.

Cinayəti törətməkdə şübhəli bilinən adı açıqlanmayan şəxs Antalya-Dənizli magistral yolunda polis tərəfindən saxlanılıb.

Nadir Səlifovun 2018-ci ildə Türkiyədən deportasiya olunduğu, lakin sonradan gəldiyi bildirilir.

Qeyd edək ki, “Loqu Quli” bir neçə il öncə İstanbulda qətlə yetirilmiş “Rövşən Lənkəranski” ləqəbli digər kriminal aləmdə tanınan Rövşən Caniyevə qarşı sui-qəsddə adı hallanırdı.

Xəbəri paylaş

VİDEOLAR