Böyük din aliminin şənbə günü vəfat etməsilə bağlı yaxın qohumu mediaya məlumat verib
Rasthaber Azərbaycan xəbər verir ki, İslam Dünyasının tanınan alimlərindən olan Ayətullah Həsən Həsənzadə Amuli vəfat edib.
Böyük din aliminin vəfatını mediaya yaxın qohumlarından biri verib.
Həsən Həsənzadə Amuli 1929-cu ildə Mazandaran əyalətinin Amul şəhərində anadan olub. İbtidai təhsilini aldıqdan sonra 16 yaşında hövzə dərslərini öyrənməyə başlayıb.
O, Muhəmməd Qərəvi, Əzizullah Təbərsi, Əhməd Etimadi, Əbdullah İşraqi, Əbulqasim Rəcai və başqa ustadlardan dərs alıb.
1950-ci ildə Tehrana gəlib, bir neçə il Hacı Əbulfəthin mədrəsəsində Seyyid Əhməd Ləvasanidən, daha sonra 13 il boyunca “Mərvi” mədrəsəsində Muhəmməd Təqi Amuli və Əbulhəsən Şeranidən dərs alıb, ictihad dərəcəsinə çatıb.
1963-cü ildə Tehrandan Qum şəhərinə hicrət edib, hövzə dərslərini və riyazi elmləri tədris etməyə başlayıb. Eyni zamanda Əllamə Seyyid Muhəmmədhüseyn Təbatəbaidən və onun tövsiyəsi ilə Seyyid Muhəmmədhüseyn İlahi Təbatəbaidən bəhrələnib.