Liviyanın müvəqqəti Milli Birlik Hökumətinin baş naziri Əbdülhəmid Dibeybenin evinə raket hücumu həyata keçirilib.
Az.rasthaber.com xəbər verir ki, adını açıqlamaq istəməyən Liviyalı nazir deyib:
"Milli Birlik Hökumətinin baş naziri Dibeybenin evinə raketlərlə hücum edilib və hücumda can itkisi olmayıb".
Hücumun baş verdiyi ərazinin sakinləri baş nazirin evinin yerləşdiyi Tripolinin Əl-Əndəlus rayonunda dəniz kənarında güclü partlayış səsləri eşitdiklərini bildiriblər.
Bir məhəllə sakini bildirib ki, güclü partlayış səsləri eşidildikdən sonra əraziyə maşınlarla gücləndirilmiş təhlükəsizlik qüvvələri cəlb edilib.
2011-ci ildə NATO-nun dəstəklədiyi qiyam və 2014-cü ildə ölkənin hər birində iki hökumətin qurulması ilə şərq və qərbə bölünməsindən sonra Liviyada sabitlik əldə olunmayıb.