Liviyada yeni hökümət işə başladı

Liviyada yeni hökümət işə başladı

Liviyada Məhəmməd əl-Menfi Prezident Şurasının sədri Faiz əs-Sərrəcdan vəzifəni təhvil alıb.

Rasthaber Azərbaycan xəbər verir ki, paytaxt Tripolidəki Baş Nazirlik ofisində həmin münasibətlə keçirilən mərasim Baş nazir Əbdülhəmid əd-Dibeybenin iştirakı ilə baş tutub.

Menfi "Bu gün biz sülh məqsədli bir iqtidarın hakimiyyətə gəldiyi bir mənzərə görürük" deyib və cari ilin axırında nümayəndələrini seçmələri üçün iqtidarı liviyalılara təhvil verəcəklərini vurğulayıb.

Yeni hökuməti göstərilən etimada görə təbrik edən Sərrac isə, "Hazırda hakimiyyətin təhvil verilməsi prosesi sülh məqsədli iqtidarın gücləndirilməsini təmsil edir" ifadələrindən istifadə edib.

Qeyd edək ki, Liviyada BMT-nin başçılığında fevral ayının əvvəlində Liviya Siyasi Dialoq Forumunda Prezident Şurasının rəhbərliyinə Məhəmməd əl-Menfi, Milli Birlik Hökümətinin Baş nazirliyinə isə Əbdülhəmid əd-Dibeybe seçilmişdi.

Liviya Milli Birlik Hökumətinin Baş naziri Dibeybe kabineti 10 martda Sirtdə yığıncaq keçirən Nümayəndələr Palatasından 132 qəbul və bir bitərəf səslə etimad səs almışdı.

Dibeybenin rəhbərlik etdiyi Liviya Milli Birlik Hökuməti dünən Tobrukdakı Nümayəndələr Palatasında and içib.

Xəbəri paylaş

VİDEOLAR