Liviya Məhkəməsi İŞİD terror təşkilatına üzvlükdə, kütləvi qətllərdə və sair cinayətlərdə ittihamlandırılan 17 nəfər barədə edam hökmü çıxarıb.
Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, bu barədə “Liviyanın Baş Prokurorluğu” məlumat yayıb.
Bildirilib ki, Tripoli Ağır Cinayətlər Məhkəməsində İŞİD-ə üzvlükdə ittihamlandırılan 41 nəfərin işinə baxılıb və onlardan 17-si barədə edam hökmü verilib.
Məlumata görə bu şəxslər Sibrata şəhərində silahlı hücumlar həyata keçirmək, dövlətin təhlükəsizliyinə və ictimai asayişə zərbə vurmaq, 53 nəfərin qətlə yetirilməsi, hökumət binalarını dağıtmaq, insanları girov götürmək və sair cinayətlər üzrə məhkum ediliblər.
Qrupun digər üzvlərindən ikisi ömürlük həbsə məhkum edilib, qalanları isə fərqli müddətlərlə azadlıqdan məhrum ediliblər.