Liviyada dekabrda keçiriləcək prezident seçkilərində 98 namizəd mübarizə aparacaq.
Az.rasthaber.com "Report"-a istinadən xəbər verir ki, bu barədə Şimali Afrika ölkəsinin Ali Seçki Komissiyasının üzvü Əbdülkərim Bilhair məlumat verib.
Onun sözlərinə görə, prezident seçkilərində iştirak üçün ərizələrin qəbulu noyabrın 22-də başa çatıb.
Namizədlər arasında Milli Birlik Hökumətinin baş naziri Əbdülhəmid Dibeybe, devrilmiş lider Müəmmər Qəddafinin oğlu Seyfülislam Qəddafi və ölkənin şərqindəki qanunsuz silahlı qrupların lideri Xəlifə Haftar var.
Bundan əvvəl Qəddafi və Haftar üçün namizədlərin irəli sürülməsi Tripolidə etirazlara səbəb olmuşdu.
Liviyada ilk prezident seçkiləri dekabrın 24-də keçiriləcək.