Liviya Misirin dəniz sərhədləri qərarını tamamilə rədd etdiyini bildirib

Liviya Misirin dəniz sərhədləri qərarını tamamilə rədd etdiyini bildirib

Liviya Misirin iki ölkənin dəniz sərhədlərinin müəyyən edilməsi üçün alınan qərarı "birtərəfli" adlandıraraq rədd etdiyini bildirib.

Az.rasthaber.com xəbər verir ki, bu barədə Liviya Xarici İşlər Nazirliyinin rəsmi internet səhifəsində verilən bəyanatda bildirilib.
Bəyanatda qeyd olunub ki, Misirin qərarı Liviyanın ərazi sularını pozub.
"Misirin qərarı birtərəfli xarakter daşıyır'',-deyə bəyanatda vurğulanıb.

Bəyanatda bildirilib ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) konvensiyasına və beynəlxalq hüququn prinsiplərinə əsasən, iki qonşu ölkə arasındakı dəniz sərhədləri hər iki tərəfin maraqlarını təmin edən danışıqlar yolu ilə əldə edilən razılaşma ilə müəyyən edilməlidir.
Liviyanın beynəlxalq hüquq çərçivəsində Misirin sözügedən qərarını tamamilə rədd etdiyi qeyd edilən bəyanatda Misir hökumətinə dəniz sərhədlərinin müəyyən edilməsi ilə bağlı Liviya Milli Birlik Hökuməti ilə danışıqlara başlaması ilə əlaqədar çağırış edilib.

Xəbəri paylaş

VİDEOLAR