Livanlı Sünni Din alimi: Yalnız Hizbullah İranın yardımı ilə millətə dəstək oldu

Livanlı Sünni Din alimi: Yalnız Hizbullah İranın yardımı ilə millətə dəstək oldu

Livanda tanınan Sünni din alimi, hökümətin və bir çox Livanlı siyasi gücün Livandakı yanacaq böhranını həll yolu tapmadığı bir vaxtda Hizbullahın İranın yardımı ilə Livan xalqının problemlərinə dəstək olduğunu açıqlayıb.

Rasthaber Azərbaycan xəbər verir ki, Livanın cənubundakı Sidondakı əl-Ğüfran məscidinin imamı “İranın yanacaq gəmisi, hökümətin və bir çox siyasi gücün böhrana hər hansı bir həll yolu təqdim etmədiyi bir dönəmdə Hizbullahın ölkənin yanacaq problemini azaltmaq addımı idi.”, - deyə bildirib.

“Əhd” xəbər agentliyinin məlumatına görə, Livanlı Sünni din alimi Şeyx Hisam əl-Aylani açıqlamasının davamında deyib: “İranlı rəsmilərlə təmas qurmaq üçün təşəbbüs edən və Livana yanacaq gəmilərini gətirən yalnız Hizbullah oldu. Təəssüflər olsun ki, bəzi Livanlı siyasətçilər hücumlara başladılar və yanacaq gəmiləri Livana çatmadan onları şübhə altına saldılar.”

“Fəqət bu mövzuda şübhə yaradan hər kəsə, İran yanacaq gəmisinin İran və ABŞ arasındakı qarşıdurmaya heç bir əlaqəsi olmadığını, Livan və livanlıların maraqlarına uyğun olduğunu deyirik”, - deyə  Şeyx Hisam əl-Aylani  əlavə edib.

Livanlı din alimi Hizbullahın son zamanlarda əl-Talil Akar qəsəbəsində baş verən yanacaq tankerinin partlaması zamanı şəhid olan və yaralananlara milyonlarla maddi yardım etməsini, Hizzbullahın hər məzhəb və dindən olan Livan xalqına göstərdiyi münasibətinin ən gözəl sübutu olduğunu önə çəkib.

Qeyd edək ki, Hizbullah lideri Seyid Nəsrullah Aşura günü çıxışında İrandan Livana neft idxal edəcəyini açıqlamışdı.

İrandan gələn yanacaq gəmisi Suriyaya yeni çatıv və buradan da Livana nəql olunacaq.

Xəbəri paylaş

VİDEOLAR