Livanlı millət vəkili: Suriya ilə sərhəddəki iğtişaşların İsrailin planı ilə əlaqəsi var

Livanlı millət vəkili: Suriya ilə sərhəddəki iğtişaşların İsrailin planı ilə əlaqəsi var

Livan Parlamentində Əməl Hərəkatından olan millət vəkili Qasim Haşim bəyan edib ki, bu gün ölkənin şərqində Suriya ilə sərhəddə baş verənlər sionist rejimin regionla bağlı geosiyasi planı ilə əlaqəsiz deyil.

Az.rasthaber.com xəbər verir ki, millət vəkili açıqlamasında deyib: “İsrailin hərbi və təhlükəsizlik təzyiqləri və bunun arxasında ABŞ-ın Livana ölkəni sionist rejimlə münasibətləri normallaşdırmağa sövq etməsi bütün regionu təhlükəli mərhələyə sövq edəcək və bunun necə və harada bitəcəyini heç kim bilmir.”

 

“Netanyahunun Birləşmiş Millətlər Təşkilatında dünya liderlərinə nümayiş etdirdiyi, “böyük İsrailin sərhədlərini” göstərən ideoloji xəritə Livanın cənubunda və Suriyada işarələr verməyə başlayıb” - deyə, Haşim əlavə edib.

Xəbəri paylaş

VİDEOLAR