22.09.2021 12:09:57
Livan Parlamentində "Müqavimətə Vəfa" Fraksiyasının sədri bu barədə danışıb
Rasthaber Azərbaycan xəbər verir ki, Livan Parlamentində "Müqavimətə Vəfa" Fraksiyasının sədri, Məhəmməd Rəəd, ABŞ-ın son 10 il içində Müqavimət və Hizbullaha qarşı təxribatçı hərəkətlər üçün 10 milyord dollar xərclədiyini, bəzi KİV-ə Müqavimətin imicini zədələmək üçün onları səfərbər etdiyini bildirib.
"ABŞ Livana iqtisadi dəstək yerinə, pulunu Livanlılar arasında qarşıdurma yaratmaq və müqavimətin imicini zədələmək üçün xərclədi.
Livanın siyasi bir boşluqla qarşı-qarşıya qalmağa davam etməsi amerikalıları məmnun edirdi.
Ancaq yeni bir kabinetin qurulması onların hədəflərinə çatmasına maneə yaratdı.
İrandan Livana yanacaq idxalı, ölkəyə qarşı bütün oyunları əngəllədi.", - deyə Məhəmməd Rəəd qeyd edib.