Livandan sionist İsrailə 3 PUA və 25 raketlə hücum

Livandan sionist İsrailə 3 PUA və 25 raketlə hücum

Sionist İsrail ordusu Livandan şimal sərhədindəki bəzi bölgələrə 3 pilotsuz uçuş aparatının göndərildiyini və 25 raket atıldığını açıqlayıb.

Az.rasthaber.com xəbər verir ki, İşğalçı İsrail ordusundan verilən açıqlamaya görə, Hizbullahla toqquşmaların davam etdiyi şimal sərhədində yerləşən Qərbi Qaliley və Kiryat Şmona bölgələri hücumların hədəfi olub.

Livandan atıldığı iddia edilən partlayıcı yüklü 3 PUA-nın axşam saatlarında Qərbi Qalileydəki bölgələri hədəfə aldığı bildirilib.

Bundan əlavə, Livandan Qərbi Qaliley və Kiryat Şmona bölgələrinə təxminən 25 raket atılıb. Bildirilir ki, raketlər Qərbi Qalileyada bir binaya ziyan vurub və şimal bölgələrində yanğınlara səbəb olub.

Xəbəri paylaş

VİDEOLAR