Livandan İsrail ordusunun kazarmalarına 20 raket atıldı

Livandan İsrail ordusunun kazarmalarına 20 raket atıldı

HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadaları Qəzzada törədilən qırğınlara cavab olaraq Livandan İsrail ordusunun kazarmalarına 20 raket atdığını açıqlayıb.

Az.rasthaber.com xəbər verir ki, Qəssam Briqadaları Telegram hesabından etdiyi yazılı açıqlamada Livanın cənubundan Yuxarı Qalileyanın qərb hissəsindəki "Şomera Hərbi Kazarması"nın 20 Qrad raketi ilə vurulduğunu bildirib.

Sözügedən hücumun İsrailin 7 oktyabrdan bəri Qəzza və İordan çayının qərb sahilində törətdiyi qırğınlara cavab olaraq həyata keçirildiyi bildirilib.

Xəbəri paylaş

VİDEOLAR