Sionist rejim mediası cümə axşamı, axşam saatlarında Livandan işğal olunmuş Fələstinin şimalına onlarla raket atıldığını elan edib.
Az.rasthaber.com xəbər verir ki, Livan Hizbullahı Şama şəhərini hədəf alan və çox sayda dinc sakinin ölümünə səbəb olan sionist İsrail hücumuna cavab olaraq İsrailin “Metsova” qəsəbəsini onlarla “Katyuşa” raketləri ilə hədəfə alıb.
Müqavimət bəyanatda təsdiqləyib ki, bu əməliyyat Qəzza zolağında Fələstin xalqına və onların müqavimətinə dəstəkdir.
İsrail mediası şimalda Ras Naqoura, "Şlomi", "Hanita", "Liman" və "Mitzova"da sirenlərin səslənməsi barədə məlumat yayıb ki, bu da Livandan Qərbi Qalileyə doğru onlarla raketin atıldığını göstərir.