Livanın şərqində Bəka vadisində yerləşən və suriyalı qaçqınların yaşadığı düşərgədə partlayış baş verib.
Az.rasthaber.com SANA-ya istinadən xəbər verir ki, insident nəticəsində 1-i uşaq olmaqla, 2 nəfər həyatını itirib, daha 2 nəfər isə yaralanıb.
Partlayış səbəbləri hələ də bəlli deyil.
Yaralıların daşınması üçün hadisə yerinə mülki müdafiə maşınları göndərilib.
Partlayışın səbəbinin müəyyən edilməsi istiqamətində araşdırma aparılır.