Livandakı hökümət böhranı həll olur: Berri və Həriri razılaşdılar

Livandakı hökümət böhranı həll olur: Berri və Həriri razılaşdılar

Livanda uzun sürən siyasi böhrandan sonra razılaşma əldə olunub

 Rasthaber Azərbaycan xəbər verir ki, Livanda uzun sürən siyasi böhrandan sonra razılaşma əldə olunaraq hökümətin qurulması üçün ilk addımlar atılıb.

Məlumata görə, Livan Parlamentinin sədri Nəbih Berri və müvəqqəti baş nazir Səəd Həriri Livan hökümətinin qurulması üçün çərşənbə günü görüşüb.

Qeyd olunur ki, görüş zamanı 24 nazirdən ibarət bir hökümət qurulması üçün müzakirə olunub.

Görüş zamanı nazirliklərin partiyalar arasında ədalətli şəkildə bölünməsi razılaşdırılıb.

Qeyd edək ki, 2019-cu ildən Livanda hökümət qurulmasında siyasi böhran hökm sürürdü.

Xəbəri paylaş

VİDEOLAR