Livanda parlament seçkilərinin tarixi dəyişdirilmədi

Livanda parlament seçkilərinin tarixi dəyişdirilmədi

Livan prezidenti Mişel Aunun etirazlarına baxmayaraq, ölkə parlamenti səs çoxluğu ilə qanunverici orqanla bağlı seçkilərin 2022-ci il 27 mart tarixində keçirilməsinə dair qərar qəbul edib.

Az.rasthaber.com xarici KİV-ə istinadən xəbər verir ki, xatırladaq ki, dövlət başçısının etiraz etməsindən sonra parlamentdə parlament seçkilərinin keçirilməsi tarixinin dəyişdirilməsi yenidən müzakirə edilib.

Lakin deputatların əksəriyyəti daha öncə təyin edilmiş tarixin saxlanılmasına səs verib.

Qeyd edək ki, daha öncə parlament seçkiləri 2022-ci ilin may ayına təyin edilmişdi, lakin müqəddəs Ramazan ayı səbəbi ilə seçkilərin tarixi 2 ay qabağa – 27 mart tarixinə çəkilib.

Ölkədə son parlament seçkiləri isə 2018-ci ilin may ayında keçirilib.

Xəbəri paylaş

VİDEOLAR