27.07.2021 13:35:59
Miqati görüşdən sonra bu məlumatı təsdiqləyib və höküməti quracağını bəyan edib.
Rasthaber Azərbaycan xəbər verir ki, Livan Prezidenti Miel Aun höküməti sabiq baş nazir Nəcib Miqatiyə həvalə edib.
Onun məsləhət üçün prezident sarayına çağrıldığı və Miqatinin bu təkliflə razılaşdığı bildirilir.
2005-2011-ci illər arası baş nazir postunda işləmiş millət vəkili Miqati Livanın tanınmış iş adamı və milyarderdir.
Miqati görüşdən sonra bu məlumatı təsdiqləyib və höküməti quracağını bəyan edib.
Qeyd edək ki, Livanda bir müddətdir böhran yaşanır, insanlar etiraz aksiyası keçirərək böhranın aradan qaldırılması üçün höküməti hərəkətə keçməyə çağırırlar.