Livanda Hizbullah və Amal tərəfdarlarına qarşı silahlı hücum

Livanda Hizbullah və Amal tərəfdarlarına qarşı silahlı hücum

Livanın “Amal” və “Hizbullah” hərəkatlarının tərəfdarlarının Beyrutda keçirdiyi nümayiş silahlı hücuma məruz qalıb.

Az.rasthaber.com xarici mediaya istinadən verdiyi xəbərə əsasən, belə ki, “Amal” və “Hizbullah” tərəfdarları Beyrut limanında baş verən partlayışın işindən hakim Tarık əl-Bitaranın uzaqlaşdırılması tələbi ilə nümayiş keçiriblər.

Bildirilib ki, ət-Tayyuna rayonundakı evlərin damından insanlara atəş açılıb.

Nəticədə 3 dinc sakin qətlə yetirilib, 20 nəfər isə yaralanıb.

Digər bir mənbəyə görə, hücum nəticəsində 1 nəfər həyatını itirib, 8 nəfər isə yaralanıb.

Hadisə yerinə təhlükəsizlik qüvvələri gəlib.

Xatırladaq ki, sözügedən partlayışş 2020-ci il 4 avqustda baş vermişdi. İnsident nəticəsində 200-dən çox insan həlak olmuş, azı 6 min nəfər xəsarət almış və onların da 1 min nəfərdən çoxu əlil olub. Bundan başqa 300 min insan da öz evlərini tərk etmək məcburiyyətində qalmışdı.

Xəbəri paylaş

VİDEOLAR