Livanda hakimiyyət böhranı davam edir, prezident Həririyə çağırış etdi

Livanda hakimiyyət böhranı davam edir, prezident Həririyə çağırış etdi

Livan prezidenti Mişel Avn oktyabr ayında yeni hökuməti qurmaq vəzifəsi tapşırılan Saad əl-Həririyə müraciət edərək yaxın zamanda hökuməti formalaşdırmağa və ya vəzifəni başqalarına buraxmağa çağırıb.

Rasthaber Azərbaycan trtaber-ə istinadən xəbər verir ki, prezident Avn televiziya vasitəsilə etdiyi çıxışda təxminən 5 aydır hökuməti formalaşdırmaq işi tapşırılan Gələcək Hərəkatının lideri keçmiş Baş nazir Həririyə müraciət edərək, "Dərhal hökuməti qurmaq mövzunda mənimlə razılaşması üçün  onu (Həriri) konstitusiya ilə müəyyən edilmiş mexanizmlərə uyğun olaraq, heç bir bəhanə gətirmədən ya da yubanma olmadan Baabda Prezident Sarayına dəvət edirəm" deyib. 

Avn Həririni hökuməti qurmaq iqtidarında olmayacağı təqdirdə bu vəzifəni layiqincə yerinə yetirəcək özgələrinə buraxmağa çağırıb.
Həriri isə prezident Avna yazılı bir açıqlama ilə cavab verib.

Yeni hökuməti qurma tapşırığını götürdüyü 2020-ci ilin oktyabr ayından bəridir 16 dəfə Baabda Prezident Sarayında olduğunu və prezident Avnın görüş təyin edəcəyi təqdirdə 17-ci Saraya getməkdən şərəf duyacağını söyləyən Həriri prezident Avnı təqdim etdiyi kabinet siyahısını təsdiqləməyə və ya erkən prezident seçkilərinin qarşısındakı maneələrin götürülməsinə çağırıb.

Fərqli dinlərə və məzhəblərə söykənən siyasi bölgülər baxımından olduqca kövrək bir quruluşa sahib olan Livan iqtisadiyyatı 1975-1990-cı illərdəki vətəndaş müharibəsindən bəri ən böyük böhran yaşayır.

Siyasi qruplar arasındakı fikir ayrılıqları səbəbi ilə ölkədə aylardır yeni hökumət qurula bilmədi.

Xəbəri paylaş

VİDEOLAR