Livanda 24 saatlıq komendant saatı tətbiq edilir

Livanda 24 saatlıq komendant saatı tətbiq edilir

Livanda bu gündən yanvarın 25-dək davam edəcək 24 saatlıq komendant saatı qüvvəyə minir.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, səlahiyyətli şəxslər tədbiri koronavirusa yoluxan vətəndaşların və virusun törətdiyi nəticələrdən ölüm sayının artması səbəbindən tətbiq edirlər.

Ali Müdafiə Şurasının qərarına əsasən, bu gündən etibarən bütün dövlət qurumları və özəl şirkətlər işini dayandırır, kinoteatrlar, kitabxanalar, muzeylər, ziyafət salonları, stadionlar və kazinolar bağlanır. Məktəblər və universitetlər tamamilə distant təhsilə keçirlər. Bələdiyyə parklarında və sahillərdə gəzintilərə qadağa qoyulur; şəhərdə hərəkət etməyə yalnız həddindən artıq ciddi zərurət hallarında icazə verilir. Qida məhsulları mağazaları, çörəkbişirmə müəssisələri və yeməkxanalar tələbə uyğun olaraq xalqa ərzaq çatdırılmasını həyata keçirəcəklər.

Xəbəri paylaş

VİDEOLAR