Ərəb mediasının məlumatına görə, Livan-Suriya sərhədində şiddətli toqquşmalar davam edir.
Az.rasthaber.com xəbər verir ki, bölgədə baş verən gərgin qarşıdurma və bombardmanlardan sonra Colani rejiminə bağlı Heyət Təhrir əl-Şam (HTS) ünsürləri Livanla sərhəddə yerləşən Huş əl-Seyyid Əli kəndini işğal edib.
Mehr Xəbər Agentliyinin məlumatına görə, Livan ordusunun bölgəni hərbi qüvvələr və ağır silahlarla gücləndirdiyi bildirilir.
Əl-Mənar televiziyası Əl-Qəsr və Əl-Müşrifə qəsəbələrinin girişlərində şiddətli toqquşmaların baş verdiyini və çoxlu sayda Livan vətəndaşının yaralandığını bildirib.
Livan mənbələri Livan sərhədindəki terrorçuların Suriyanın sahilyanı bölgələrində cinayət törədən silahlı qruplara bağlı olduqlarını açıqlayıb.
Digər tərəfdən Livan prezidenti Cozef Aun Suriya-Livan sərhədindəki insidentlərin davam etməyəcəyini vurğulayaraq, orduya atəşlərə cavab verməyi tapşırıb.
Suriya İnsan Haqları Müşahidə Qrupu (SOHR) Suriya-Livan sərhədində silahlı şəxslərin açdığı atəş nəticəsində 3 HTS üzvünün öldürüldüyünü açıqlayıb.
Livan təhlükəsizlik qüvvələrinin hadisə ilə bağlı araşdırma başlatdığı bildirilib.