15.04.2022 14:47:30
Livan parlamentinin sədri Nəbih Berri ərəblərin və beynəlxalq qurumların sionist rejimin təcavüzü və müqəddəs yerlərə hörmətsizliklərinə qarşı susqunluğunu tənqid edib.
Az.rasthaber.com xəbər verir ki, Livan parlamentinin sədri bəyan edib ki, ərəb ölkələri və beynəlxalq qurumların sionist təcavüzü qarşısında susması ölüm sükutu kimidir.
Livanın əl-Ahd xəbər saytının verdiyi məlumata görə, Nəbih Berri, deyib:
"İsrail ordusunun davam edən təcavüzünü və onun işğal olunmuş İordan çayının qərb sahilində bütün insan haqlarına və ənənələrinə hörmət etməməsini pisləyirik"
Livan parlamentinin sədri həmçinin sionist qüvvələrin fələstinli mülki əhalinin hədəf alınaraq öldürülməsi qarşısında ərəblərin və beynəlxalq qurumların susqunluğundan təəccübləndiyini bildirib.
Fələstin qurumlarının verdiyi açıqlamaya görə, son bir neçə gündə sionist qüvvələrin, Fələstinin işğal olunmuş bir çox bölgəsində dinc əhaliyə hücumu nəticəsində çoxlu sayda insan şəhid olub. Sionist düşmən bir çox müqəddəs məkanlara, xüsusən də Məscidül-Əqsaya basqın etməkdə davam edib.