Livan prezidentindən yeni açıqlama

Livan prezidentindən yeni açıqlama

Livan prezidenti Mişel Aun yeni açıqlama verib

Rasthaber Azərbaycan TASS-a istinadən xəbər verir ki, Livan prezidenti Mişel Aun bəyan edib ki, Beyrut limanındakı partlayışla bağlı beynəlxalq araşdırmanın keçirilməsinə dair tələb sadəcə vaxt itkisinə səbəb olacaq.

“Partlayışın beynəlxalq araşdırmasının keçirilməsi ilə bağlı tələblər yalnız zaman itkisinə gətirib çıxaracaq”, – deyə o qeyd edib.

O əlavə edib ki, məhkəmə prosesi sürətli, eyni zamanda da tələsik olmamalıdır.

Xatırladaq ki, 4 avqustda Beyrut limanında böyük dağıntılara səbəb olmuş güclü partlayış baş verib. Hadisə nəticəsində 150-dən çox insan həyatını itirmiş, minlərlə insan isə yaralanıb.

Xəbəri paylaş

VİDEOLAR