Livan prezidenti Mişel Aun siyasi dairələri milli dialoq başlatmağa çağırıb.
Az.rasthaber.com xarici mediaya istinadən xəbər verir ki, o, siyasi dairələri 3 məsələni müzakirə etməyə səsləyib: desentralizasiya və genişləndirilmiş maliyyələşdirmə, müdafiə strategiyası və iqtisadiyyatın bərpası modeli.
Aud həmçinin əlavə edib ki, Livan ərəb ölkələri ilə, xüsusi ilə də Fars körfəzi ölkələri ilə yaxşı münasibətlər qurmaq istəyir.