İsrail qoşunları Livanın cənubundakı son məntəqələrdən geri çəkilərək bu ölkənin ərazisini tərk etməlidir.
Az.rasthaber.com "Report"a istinadən verdiyi məlumata görə, bunu Livan Prezidenti Cozef Aun deyib.
Məlumata görə, Aun ABŞ-nin milli təhlükəsizlik müşaviri Mayk Vals ilə söhbətində İsrail və "Hizbullah" hərəkatı arasında atəşkəs razılaşmasının tamamlanmasının, həmçinin 2006-cı ildə İsrail-Livan müharibəsinə son qoyan BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinin icrasının zəruriliyini bildirib.
Bundan əlavə, Livan lideri İsraildə həbsdə olan ölkə vətəndaşlarının azad edilməsinə çağırıb.